İstifadəçi razılaşması


https://del.az/ servisinin istifadəçi razılaşması

1. Ümumi şərtlər

1.1. Hazırkı Razılaşma İstifadəçilərin https://del.az/ Servisindən istifadəsi şərtlərini müəyyən edir.
1.2. Həmin İstifadəçi Razılaşmanın məqsədləri üçün aşağıda göstərilən terminlər və təyinlər aşağıdakı mənada tətbiq olunur:
1.2.1. Servis – İnternet şəbəkəsində https://del.az/ ünvanında yerləşdirilmiş İnternet-resursu (sayt), müxtəlif əməliyyat sistemləri əsasında sayta əlavələr və başqa xidmətlər, həmçinin proqram təminatıdır, saytın, əlavələrin və başqa xidmətlərin dizaynı (qrafiki tərtibatı), məlumat bazası, xidmətlərin istənilən bölməsi (yarımbölmələri), həmçinin xidmətlərdə Administrasiya və İstifadəçilər tərəfindən yerləşdirilmiş informasiyadır.
1.2.2. Administrasiya — Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş və fəaliyyət göstərən, habelə Servis üzərində bütün müstəsna mülkiyyət hüquqlarına sahib olan Hüquqi Şəxs "Caspian Point Travel" MMC (VÖEN: 1702608241), ünvanı: 16 Zivərbəy Əhmədbəyov küçəsi, AZ1065 Bakı, Azərbaycan və/və ya onun Servisin inzibatçılığını həyata keçirmək və Sifarişçilərə xidmət göstərmək üçün müvafiq qaydada səlahiyyətləndirdiyi şəxslər.
1.2.3. İstifadəçi — hazırkı Razılaşmanın şərtlərini qəbul etmiş və Servisin xidmətlərindən istifadə edən istənilən fəaliyyət qabiliyyətli fiziki şəxs və ya hüquqi şəxs.
1.2.4. Şəxsi kabinet (hesab) – İstifadəçinin onu özü tərəfindən təyin edilmiş (yerləşdirilmiş) əhatə məlumatlarının və ayarlarının toplusudur. İstənilən İstifadəçi yalnız bir Şəxsi kabinetə sahib olma hüququna sahibdir.
1.2.5. İstifadəçinin şəxsi informasiyası – İstifadəçi haqqında məlumatlardır və ya məlumatlar məcmusudur ki, İstifadəçi özü haqqında, İstifadəçinin şəxsi məlumatları, Servisdən istifadə prosesində Administrasiyaya avtomatik olaraq ötürülən informasiya, o cümlədən IP-ünvan, cookie-dən informasiya, İstifadəçinin brauzeri haqqında və İstifadəçi haqqında başqa informasiyalar daxil olmaqla, qeydiyyat vaxtı sərbəst və ya Servisdən istifadə prosesində təqdim edir.
1.2.6. Materiallar – İstifadəçi və ya Administrasiya tərəfindən Servisdə yerləşdirilmiş istənilən məlumat/kontent.
1.2.7. Spam – alanlar tərəfindən kütləvi, icazə verilməyən və/və ya gözlənməyən reklam, informasiya, təşviqat və ya başqa xarakterli poçt və başqa göndərilmələrdir.
1.2.8. Mal – məhsullar, işlər, xidmətlər, maddi-texniki resurslar, habelə digər maddi və qeyri-maddi obyektlər.
1.2.9. Həmin Razılaşmanın Tərəfləri – Administrasiya və İstifadəçidir.
1.2.10. Ödənişli xidmətlər – hazırkı Razılaşmada nəzərdə tutulmuş qaydada ödənişin müqabilində, habelə ödənişli xidmətlərin göstərilməsi haqqında Oferta Müqaviləsi əsasında Servis tərəfindən İstifadəçiyə (Sifarişçiyə) göstərilən xidmətlər.
1.2.11. Sifarişçi – hazırkı Razılaşmada nəzərdə tutulmuş qaydada, habelə ödənişli xidmətlərin göstərilməsi haqqında Oferta Müqaviləsi əsasında və ya Servis ilə Sifarişçi arasında bağlanmış fərdi müqavilələr üzrə Ödənişli xidmətlər sifariş etmiş Servis İstifadəçisi.
1.3. Hazırkı İstifadəçi Razılaşmasında istifadə olunan və “Terminlər və təriflər" bəndində əksini tapmayan istənilən terminlər və təriflər İstifadəçi Razılaşmasının mətnindən irəli gələn mənaya uyğun olaraq təfsir olunacaqdır. İstifadəçi Razılaşmasında istifadə edilən terminə və ya tərifə şərhi dair hər hansı fikir ayrılığı yaranarsa, Administrasiya tərəfindən müəyyən edilən şərh tətbiq ediləcəkdir.
1.4. Servis xidmətlərindən və materiallarından istifadə edilmə qüvvədə olan qanunvericiliyin normaları, həmçinin də hazırkı Razılaşma ilə tənzimlənir.
1.5. Hazırkı Razılaşma ictimai ofertadır.
1.6. Servisin xidmətlərindən istifadə etməklə İstifadəçi hazırkı Razılaşmaya qoşulur (onu aksept edir) və Servisin xidmətlərindən istifadə üzrə təlimatlara riayət etməsinə dair şərtləri və öhdəlikləri qəbul edir.
1.7. Şirkət adından Servisdən istifadə halında belə şirkət hazırkı Razılaşmanı və onun şərtlərini qəbul edir.
1.8. İstifadəçi hazırkı Razılaşmanın şərtləriylə və ya ona edilmiş dəyişikliklərlə razılaşmadıqda, Servisə girişdən imtina etməli, Servisin xidmətlərindən istifadəni dayandırmalıdır.
1.9. Bununla Administrasiya İstifadəçilərə Servisin xidmətlərindən istifadə etməklə elanların yerləşdirilməsi və axtarışı üzrə xidmətləri təklif edir.
1.10. Ayrı xidmətlərin verilməsi xüsusi qaydalarla və/və ya razılaşmalarla tənzimlənə bilər.
1.11. İstifadəçi o haqda müddəanı qəbul edir ki, Servisin bütün materialları və xidmətləri və ya onların istənilən hissəsi reklamla müşayiət oluna bilər. İstifadəçi onunla razıdır ki, Administrasiya hər hansı məsuliyyəti daşımır və belə reklamla əlaqədar hər hansı öhdəlikləri yoxdur. İstifadəçi bu cür reklama münasibətdə Administrasiyaya qarşı iddialardan imtina edir.
1.12. Servisdə qeydiyyat könüllüdür. Servisdə qeydiyyat halında İstifadəçi Servisin əlavə xidmətlərinə daxil olur. Administrasiya İstifadəçidən onun qeydiyyat vaxtı göstərdiyi məlumatların təsdiqlənməsini və təsdiqləyici sənədləri istənilən vaxt tələb etmək hüququnu öz ayağında saxlayır.
1.13. İstifadəçi yalnız ona həmçinin Pul kisəsindəki balansdan istifadəyə imkan yaradan öz elektron ünvanından və şifrəsindən istifadə etməklə Servisin xidmətlərindən istifadə etmək hüququna sahibdir. İstifadəçi öz şifrəsinin gizliliyini saxlamağı öz öhdəsinə götürür və onun istifadəsi və təhlükəsizliyi ilə bağlı hərəkətlərə, eləcə də İstifadəçinin Şəxsi kabinetində yerinə yetirilən hərəkətlərə görə məsuliyyət daşıyır. İstifadəçinin öz Şəxsi kabinetinə icazəsiz girişdən şübhələnməyə dair əsası varsa, İstifadəçi öz şifrəsini sərbəst şəkildə dəyişməyi öz öhdəsinə götürür.
1.14. Administrasiya İstifadəçilər tərəfindən qeydiyyat və/və ya avtorizasiya zamanı verilən informasiyanın düzgünlüyünün yoxlanması üçün xüsusi texniki qərarlardan istifadə etməkdə haqlıdır.
1.15. Administrasiya zəmanət verə bilməz ki, İstifadəçi həqiqətən təqdim edildiyi kimidir, Servisdə qeydiyyat zamanı İstifadəçi tərəfindən verilmiş informasiya isə doğrudur.
1.16. İstifadəçiyə Servisdə mövcud olan bütün vasitələrdən istifadə etməklə kontragentlərlə ünsiyyət qurmaq tövsiyə olunur.
1.17. Administrasiya öz şəxsi mülahizəsi üzrə İstifadəçinin hazırkı Razılaşmanın şərtlərini pozan xidmətlərinə girişi dayandırmaq hüququnu öz ayağında saxlayır.
1.18. Digər şəxslərin hüquqları və ya qüvvədə olan qanunvericiliyin tələbləri İstifadəçi tərəfindən pozulduğu halda, habelə digər səbəblərdən Administrasiya öz mülahizəsinə görə İstifadəçinin girişini məhdudlaşdırmaq və ya dayandırmaq hüququna sahibdir.
1.19. İstifadəçi, hansının ki, xidmətlərə girişi dayandırılmışdır, və ya hansının ki, məlumatları etibarsızdır, Administrasiyanın xüsusi icazəsi olmadan təkrar olaraq qeydiyyatdan keçmək hüququna malik deyildir. Belə İstifadəçi həmçinin Servisə və onun xidmətlərinə giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etmək hüquqlarına malik deyildir.

2. Servisdən istifadə. Elanların, mətn, xəbər və məlumatların yerləşdirilməsi


2.1. Administrasiya Servisdə qeydiyyatdan keçmiş bütün İstifadəçilərə Servisdə elan, mətn, xəbər və məlumat yerləşdirmək hüququ verir.
2.2. İstifadəçi qanunvericilik və ya beynəlxalq hüququn normaları pozulması kimi baxıla bilən hərəkətləri, o cümlədən intellektual mülkiyyət, müəlliflər və/və ya yanaşı hüquqlar sahəsində, həmçinin Servisin normal işinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara biləcək istənilən hərəkətləri, təşəbbüs etməməyə razılaşır.
2.3. Mallar üzrə bütün əqdlər İstifadəçilər arasında birbaşa bağlanılır. Administrasiya İstifadəçilər tərəfindən Servis vasitəsilə həyata keçirilən əqdlərin iştirakçısı və/və ya vasitəçisi deyildir. Administrasiya bu cür əqdlərə (o cümlədən Malların mövcudluğuna, onların keyfiyyətinə və çatdırılmasına) nəzarət etmir və onlara görə məsuliyyət daşımır.
2.4. İstifadəçinin şərhləri, ismarıcları, eləcə də onun Servisdəki digər yazıları qanunvericiliyin tələblərinə və ümumi qəbul edilmiş əxlaq və ədəb normalarına zidd olmamalıdır.
2.5. İstifadəçi o haqda xəbərdarlıq edilmişdir ki, Administrasiya onun tərəfindən xarici resurslara girişə və istifadəyə görə məsuliyyət daşımır, hansılara ki, dair istinadlar Servisdə ola bilər. Administrasiya elanların məzmununa, başqa resurslara istinadlar və elanların təsvirində göstərilmiş başqa informasiyaya görə məsuliyyət daşımır.
2.6. İstifadəçinin təqdim etdiyi elanın, məlumatların və informasiyanın dərc edilməsi hüququnun Administrasiya tərəfindən əldə edilməsi məqsədi ilə İstifadəçi məlumatların, təsvirlərin, fotoşəkillərin, video və audio materialların, məlumat bazalarının, dərclərin, eləcə də bütün məlum və ya naməlum məlumat daşıyıcıları vasitəsilə İstifadəçi tərəfindən təqdim edilmiş istənilən digər məlumatların hər yerdə qüvvədə olan, müddətsiz, geri götürülməyən, qeyri-müstəsna olaraq istifadəsi, yayılması, dərci, toplanması, emalı, nümayişi, surətinin çıxarılması, təkrarlanması, oynadılması üzrə hüququ Administrasiyaya verir. Yuxarıda sadalanan hüquqlar Administrasiyaya təmənnasız olaraq verilir. İstifadəçi özünün yerləşdirdiyi məlumatlara giriş hüququnu Servisin bütün İstifadəçilərinə verir. Bu zaman İstifadəçi Servisdə özünün yerəşdirdiyi materiallar üzərində istənilən əqli mülkiyyət hüququnu özündə saxlayır.
2.7. İstifadəçinin Servisdə istənilən informasiyanı və məlumatları təqdim etməsi ilə əlaqədar üçüncü şəxslərin hüquqlarının pozulmasına görə Administrasiya məsuliyyət daşımır.
2.8. Servisin istifadəçisi Servisin təlimatlarına uyğun olaraq elanları yerləşdirməyi və Mal və onun satılması şərtləri haqqında etibarlı və tam informasiyanı verməyi öhdəsinə götürür. İstifadəçi elanda göstərilmiş Mal haqqında informasiyanı yoxlamalı və, səhv və ya natamam məlumatlar aşkar edildikdə, elandakı lazımlı məlumatları düzəltməli və ya tamamlamalıdır.
2.9. Malı əks edən elanı yerləşdirərkən İstifadəçi həmin Mal barəsində elanda göstərilən hərəkətləri həyata keçirmək hüququna malik olduğuna zəmanət verir və bunu təsdiq edir.
2.10. İstifadəçi, bütün patentlər, əmtəə nişanları, kommersiya sirləri, əqli mülkiyyət hüquqları da daxil olmaqla Mal, informasiya və məlumatlar üzərində bütün lazımi hüquqlara, lisenziyalara, icazələrə və ya üçüncü şəxslərin adlarının, təsvirlərinin və ya digər obyektlərinin istifadəsinə dair həmin şəxslərin müvafiq yazılı razılığına, lisenziyasına və ya icazəsinə sahib olduğuna dair zəmanət verir və bunu təsdiq edir.
Lisenziyalaşdırılmalı və ya digər icazələri alınmalı olan Mal təkliflərini əhatə edən elan verdikdə, lisenziyanın/icazənin nömrəsini və lisenziyanı/icazəni verən orqanın adını elanın mətnində qeyd etmək tələb olunur.
2.11. Servis İstifadəçidən yerləşdirilmiş Mal haqqında əlavə məlumatı və/və ya İstifadəçi tərəfindən verilmiş məlumatları təsdiqləyən sənədləşməni tələb etmək hüququna malikdir. Servis belə sənədləşmənin və ya informasiyanın verilməsinə qədər nəşri saxlamaq hüququna malikdir.
2.12. Mülki dövriyyədən çıxarılmış obyektlər istisna olmaqla, habelə qanunvericiliklə tələb olunduğu təqdirdə İstifadəçinin xüsusi icazəsi olduqda, habelə Servisdə qüvvədə olan istifadə qaydalarına riayət etmək şərti ilə İstifadəçi Servisdə ona məxsus olan istənilən malları realizə etmək hüququna sahibdir. İstifadəçi Administrasiyanın tələbi ilə belə xüsusi icazə verməyi öz öhdəsinə götürür.
2.13. Servis xidmətlərinin keyfiyyətinin yüksək səviyyəsini qoruyub saxlamaq üçün Administrasiya İstifadəçinin Servisdəki aktiv elanlarının sayını məhdudlaşdırmaq, eləcə də İstifadəçinin Servisdəki hərəkətlərini məhdudlaşdırmaq hüququnu özündə saxlayır.
2.14. Elanda Malın İstifadəçi tərəfindən göstərilmiş təsviri bu Malın satışı şərtlərini təşkil edir.
2.15. Çatdırılma şərtləri elanda göstərilmiş Malın təsvirinə qoşulmalıdır.
2.16. Elanda göstərilən Malın realizə şərtləri, eləcə də elanın digər şərtləri həm elanın yerləşdirilməsi anında, həm də gələcəkdə qüvvədə olan qanunvericiliyə və hazırkı Razılaşmaya zidd olmamalıdır. Qüvvədə olan qanunvericiliyə və/və ya Razılaşmaya dəyişikliklər edilməsi nəticəsində elanın hər hansı bir şərti qanunvericiliyə və ya hazırkı Razılaşmaya uyğun gəlmədikdə və ya bu cür tanındıqda, istənilən uyğunsuzluqları qaldırmaq məqsədilə belə şərtlərə və ya belə elana İstifadəçi tərəfindən əlavələr və dəyişikliklər edilməlidir. Müvafiq dəyişikliklərin edilməsi mümkün olmadıqda, belə elan İstifadəçi tərəfindən silinməlidir. Hazırkı bənddə göstərilən hallar baş verdikdə, Administrasiya İstifadəçiyə əvvəlcədən xəbərdarlıq etmədən belə elanların redaktə edilməsi və ya silinməsi üzrə hərəkətləri həyata keçirmək hüququnu özündə saxlayır.
2.17. Dərci qüvvədə olan qanunvericiliyi pozan, ümumi qəbul edilmiş əxlaq normalarına zidd, təhqiramiz və ya münasibətsiz olan, habelə üçüncü şəxslərin hüquqlarını pozan mallar haqqında elanların Servisdə yerləşdirilməsi qadağandır. İstifadəçi Mal təklifinin qüvvədə olan qanunvericiliyin və hazırkı Razılaşmanın şərtlərini pozmadığından əmin olmalıdır. Dərci Servisdə qadağan edilmiş malların və xidmətlərin siyahısı Servisdə elanların dərc edilməsi qaydaları ilə müəyyən edilmişdir və “Necə satmalı” bölməsində https://del.az/dəstək.html keçid linki üzərində yerləşdirilmişdir.
2.18. Pullu xidmətlərdən istifadə zəmanət vermir ki, elan hazırkı Razılaşmanın pozulması zamanı Administrasiya tərəfindən bloklanmayacaqdır. Elanların yerləşdirilməsi qaydalarının pozulması halında ödənmiş xidmətlərə görə pul vasitələri qaytarılmır.
2.19. Elanda özündə satış, istifadə haqqında təklifləri və ya mallar və xidmətlər haqqında başqa informasiyanı saxlayan internet-saytların səhifələrinə istinadları qoymaq qismən qadağandır.
2.20. İstifadəçi verilən xidmətləri dəstəkləməməyi və haqqında informasiyanı yaymamağı öhdəsinə götürür:
2.20.1. başqa ticarət meydançaları, internet-hərracları və/və ya internet mağazaları tərəfindən;
2.20.2. Servisdə həmin və ya daha az ödənişlə təqdim edilmiş malları və xidmətləri təklif edən başqa xidmətlər tərəfindən;
2.20.3. Servisdə satışa qadağan edilmiş malları və xidmətləri təklif edən başqa xidmətlər tərəfindən.
2.21. İstifadəçi Administrasiyanın yazı icazəsi olmadan Servisə girişin alınması üçün avtomatik proqramlardan istifadə etməməyi öhdəsinə götürür. Elanları yerləşdirməyə icazə verən kompüter proqramlarından istifadə elanların yerləşdirilməsinin adi sırasını keçərək, Administrasiyanın yazılı icazəsi olmadığı halda, qadağandır.
2.22. Bundan başqa, İstifadəçi öhdəsinə götürür:
2.22.1. Servisin infrastrukturunu böyük yüklənməyə gətirib çıxara bilən heç bir hərəkətə təşəbbüs etməməyi;
2.22.2. Administrasiyanın ilkin yazılı icazəsi olmadan Servisdə olanı istənilən informasiyanı köçürməməyi, təkrar etməməyi, dəyişdirməməyi, yaymamağı və ictimaiyyətə təqdim etməməyi;
2.22.3. Servisə girişə mane olmaq və ya məhdudlaşdırmaq məqsədi ilə Servisin işinə mane olmamağı, həmçinin avtomatik sistemlərin və ya proseslərin hərəkətinə mane olmamağı;
2.23. Hazırkı Razılaşmanın və ya üçüncü şəxsin hüquqlarını pozan məlumatın təqdim edilməsi İstifadəçiyə qadağandır. İstifadəçi tərəfindən təqdim edilmiş məlumatlar (informasiya) və İstifadəçinin Serverdəki hərəkətləri:
2.23.1. yanlış, qeyri-dəqiq və ya yanıldıcı olmamalıdır;
2.23.2. vulqar və təhqiramiz ifadələrdən ibarət olmamalıdır;
2.23.3. fırıldaqçılığa, aldatmağa və ya etibardan sui-istifadəyə yol verməməlidir;
2.23.4. oğurluq və ya saxta əşyalarla əqdlərin bağlanmasına səbəb olmamalıdır;
2.23.5. üçüncü şəxsin mülkiyyətini, onun kommersiya sirrinə yaxud onun şəxsi həyatının toxunulmazlığı hüququnu pozmamalı və ya bunlara qəsb etməməlidir;
2.23.6. kimsənin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu təhqir edəcək məlumatlardan ibarət olmamalıdır;
2.23.7. digər şəxslərin buna açıq-aşkar razılığı olmadan onlar haqqında şəxsi və ya eyniləşdirici məlumatlardan ibarət olmamalıdır;
2.23.8. kiməsə qarşı böhtandan və təhdiddən ibarət olmamalıdır;
2.23.9. cinayətin törədilməsinə təşviq etməməli, eləcə də millətlərarası ədavəti qızışdırmamalıdır;
2.23.10. terror və ekstremist fəaliyyətə səbəb, dəstək olmamalı və onlara təşviq etməməlidir;
2.23.11. əxlaqsız olmamalı yaxud pornoqrafik xarakter daşımamalıdır;
2.23.12. xüsusilə də istənilən sistemə və ya sistemin özünə, yaxud onun bir hissəsinə, yaxud da şəxsi məlumatlarına və ya digər məlumatlara (Servis məlumatları da daxil olmaqla) zərərin vurulmasına, onlara icazəsiz daxil olmağa, onların məlumatlarının gizli ələ keçirilməsinə və ya mənimsənilməsinə yönəlmiş kompüter viruslarından, eləcə də digər kompüter proqramlarından ibarət olmamalıdır;
2.23.13. yetkinlik yaşına çatmamış şəxslərə zərər vurmamalıdır;
2.23.14. əxlaq normalarına və ya qanuna zidd olan fahişəlik yaxud digər formalar da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, əxlaqsız hesab edilən sevislər haqqında məlumatlardan ibarət olmamalıdır;
2.23.15. şirkətin xidmətləri ilə rəqabət aparan saytlar barədə istinadlardan və məlumatlardan ibarət olmamalıdır;
2.23.16. “spam”, “xoşbəxtlik məktubları”, “piramida sxemləri” yaxud arzuolunmaz və ya aldadıcı kommersiya reklamı ehtiva edən məlumatdan ibarət olmamalıdır;
2.23.17. konkret mal və ya xidmət təklif etməyən və yalnız reklam xarakterli olan materiallardan ibarət olmamalıdır;
2.23.18. üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarını, vətəndaşın təsvir olunma hüququnu və üçüncü şəxslərin digər hüquqlarını pozmamalıdır;
2.23.19. qüvvədə olan qanunvericiliyə dair digər pozuntulara yol verməməlidir.
2.24. İstifadəçiyə digər istifadəçilərin adından çıxış etmək və onların adından ismarış yazmaq məqsədilə həmin İstifadəçilərin adlarına oxşar İstifadəçi adlarından istifadə etmək qadağandır.
2.25. İstifadəçiyə Servisdə elanları yerləşdirməyə, Servisdə xidmətlərdən istifadə etməklə sazişləri bağlamaq və ya icra etməyə qadağan edilir ki, Servis və/və ya İstifadəçisi tərəfindən qüvvədə olan qanunvericiliyin pozulmasına gətirib çıxara bilər.
2.26. Administrasiya Malın Servisdə yerləşdirilmiş elanını pisləşdirməmək şərti ilə belə Malın elanını İstifadəçidən fərqli üsulda reklam etmək hüququna sahibdir.
2.27. Administrasiya Servis tərəfindən nəzarət edilən və ya edilməyən texniki səbəblərə görə istənilən Malın nümayiş müddətini ertələmək, bitirmək və ya uzatmaq hüququna malikdir.
2.28. Administrasiya hazırkı Razılaşmada qeyd olunmuş qaydaların pozulmasına, habelə digər İstifadəçilərin hüquqlarının və ya qüvvədə olan qanunvericiliyin pozulmasına, eləcə də digər səbəblərə görə istənilən vaxt istənilən elanın nümayişini dayandırmaq hüququna sahibdir. Administrasiya həmçinin hazırkı Razılaşmada qeyd olunmuş qaydaların pozulmasına görə müvafiq istifadəçinin Şəxsi kabinetini (hesabını) bloklaya və ya silə bilər.
2.29. Administrasiya elanları redaktə etmək, onları başqa rubrikalara köçürtmək, eləcə də qanunvericiliyə uyğun olaraq istifadəçilərin elanlarında istənilən digər hərəkətləri həyata keçirtmək hüququna sahibdir.
2.30. Administrasiya elanların yerləşdirilməsindən (nəşrindən) imtina etmək hüququna malikdir səbəbləri göstərmədən.
2.31. Elanın rəsmiləşdirilməsinə dair tələblər Servisdə elanların dərc edilməsi qaydalarında "Necə satmaq" bölməsində https://del.az/dəstək.html istinadı üzrə təyin edilmişdir.
2.32. Qüvvədə olan qanunvericiliyə əsasən İstifadəçi elanların (və ya İstifadəçi tərəfindən Servisdə yerləşdirilən digər məlumatların) məzmununa görə tam həcmdə və müstəsna məsuliyyət daşıyır.

3. Pullu xidmətlər


3.1. İstifadəçilər Servisdə pullu xidmətləri sifariş edə bilərlər.
3.2. Ödənişli xidmətlərin növləri, xüsusiyyətləri, dəyəri və sifariş qaydası haqqında məlumatlar https://del.az/i̇stifadəçi-razılaşması.html keçid linki üzərində yerləşdirilmiş Ödənişli xidmətlərin göstərilməsi haqqında Oferta Müqaviləsində və ya Servis ilə Sifarişçi arasında bağlanmış ayrıca fərdi müqavilələrdə, habelə https://del.az/ödənişli-xidmətlər.html keçid linki üzərində və/və ya İstifadəçinin Şəxsi kabinetində və/və ya Servisin digər səhifələrində göstərilməklə yanaşı Servisdə qeyd olunan əlaqələr üzrə Administrasiya tərəfindən əlavə olaraq təqdim edilə bilər.
3.3. Ödənişli xidmətlər hazırkı Razılaşmaya əsasən, habelə https://del.az/i̇stifadəçi-razılaşması.html keçid linki üzərində yerləşdirilmiş Ödənişli xidmətlərin göstərilməsi haqqında Oferta Müqaviləsinin şərtləri ilə və ya Servis ilə Sifarişçi arasında bağlanmış ayrıca fərdi müqavilələrə əsasən göstərilir.
3.4. Ödənişli xidmətlərin göstərilməsi haqqında Oferta Müqaviləsinin və ya Sifarişçi ilə ayrıca fərdi müqavilənin bağlanması şərtləri.
3.4.1. Ayrıca fərdi müqavilə Sifarişçinin tələbi ilə və yalnız Sifarişçinin sahibkarlıq fəaliyyətinin subyekti olduğu, ödəniş xidmətlərinin və ya nəzarət-kassa maşınının xidmətlərindən istifadə etmədən xidmətlərin dəyərini nağdsız köçürmə yolu ilə bilavasitə Servisin hesablaşma hesabına ödədiyi hallarda Sifarişçi ilə bağlanır. Servis ilə Sifarişçi arasında bağlanan bu cür ayrıca fərdi müqavilələr üzrə hesab və hesab-faktura, habelə digər zəruri sənədlər rəsmiləşdirilə bilər. Ayrıca fərdi müqavilə bağlandığı zaman https://del.az/i̇stifadəçi-razılaşması.html keçid linki üzərində yerləşdirilmiş Ödənişli xidmətlərin göstərilməsi haqqında Oferta Müqaviləsi belə Sifarişçiyə şamil edilmir.
3.4.2. Sifarişçi sahibkarlıq fəaliyyətinin subyekti olmadığı və/və ya ödəniş xidmətləri (həmçinin onlayn ödəniş) vasitəsilə və ya nəzarət-kassa maşınından istifadə etməklə Ödənişli xidmətlərin dəyərini ödədiyi hallarda Servis https://del.az/i̇stifadəçi-razılaşması.html keçid linki üzərində yerləşdirilmiş Ödənişli xidmətlərin göstərilməsi haqqında Oferta Müqaviləsini Sifarişçiyə təqdim edir. Ödənişli xidmətlərin göstərilməsi haqqında Oferta Müqaviləsi aksept edildikdə, hesab və hesab-fakturalar Servis tərəfindən təqdim edilmir.
3.5. Pul/Xallar kisəsi - Servis İstifadəçisinin öz vəsaitlərinin qalığı haqqında, eləcə də Servis İstifadəçisi tərəfindən Servisin xidmətlərinin satınalma tarixçəsi haqqında məlumat ala biləcəyi bir vasitədir. İstifadəçinin Pul/Xallar kisəsi, İstifadəçi tərəfindən bank hesabı açmadan köçürmələrinin və ya elektron pul hesablaşmalarının həyata keçirilməsi üçün nəzərdə tutulmuş bir elektron ödəniş vasitəsi deyildir.
İstifadəçi, Servisdə haqqında məlumatların əks olunduğu istənilən rahat bir üsulla Pul/Xallar kisəsisinin balansını artıra bilər.
İstifadəçinin Pul/Xallar kisəsində göstərilən vəsaitlər digər təşkilatların, eləcə də Servisin digər İstifadəçilərinin mal və xidmətlərinə görə ödəniş vasitəsi kimi qəbul edilmir və bu məqsədlə istifadə edilə bilməz.
Xidmət, elektron pul vəsaitlərinin artırılması, saxlanması və köçürülməsi əməliyyatlarını birbaşa olaraq İstifadəçinin Pul/Xallar kisəsi vasitəsilə həyata keçirmir. Belə xidmətlər Servisin müvafiq müqavilələr bağladığı və qüvvədə olan qanunvericiliyə uyğun olaraq bu kimi fəaliyyətlərin həyata keçirilməsi üçün bütün lazımi icazələrə və lisenziyalara sahib olan ayrı-ayrı kontragentlər (banklar və ya ödəniş servisləri) tərəfindən göstərilir. İstifadəçi öz hesabını artırdıqda və ya İstifadəçinin Pul/Xallar vəsaitləri ilə digər əməliyyatlar apardıqda Servis avtomatik olaraq İstifadəçini belə ödəniş xidmətləri göstərən saytların veb-səhifələrinə yönləndirir.
Müvafiq hallarda İstifadəçinin fərdi məlumatlarının toplanması və emalı (İstifadəçinin bank hesabları, onun bank (ödəniş) kartları haqqında məlumatlar da daxil olmaqla) hazırkı Məxfilik Siyasəti ilə deyil, həmin ödəniş sistemlərinin məxfilik siyasəti ilə tənzimlənəcəkdir. İstifadəçinin, bankların və ödəniş sistemlərinin sərəncamında olan İstifadəçinin bank hesabları, onun bank (ödəniş) kartları və digər maliyyə informasiyası haqqında məlumatları (Servisin İstifadəçi Razılaşmasında və hazırkı Məxfilik Siyasətində göstərilən məlumatlar istisna olmaqla) Servis tərəfindən toplanmır, saxlanılmır, eləcə də digər bir üsulla emal edilmir.
İstifadəçinin Pul/Xallar kisəsində əks olunan məlumatların, eləcə də digər fərdi məlumatların İstifadəçi tərəfindən üçüncü şəxslərə açıqlanmasına görə İstifadəçi şəxsən məsuliyyət daşıyır.
3.6. Xidmətlərin müddətinin avtomatik uzadılması.
Əgər İstifadəçi tərəfindən aktivləşdirilmiş Ödənişli xidmətin qüvvədə olma müddəti başa çatdıqdan sonra İstifadəçinin hesabının müvafiq səhifəsində müddətin avtomatik olaraq uzadılması opsiyası seçilidirsə, Xidmət belə Ödənişli xidmətin göstərilmə müddətini avtomatik olaraq uzadır. Ödənişli xidmətin göstərilmə müddətinin avtomatik olaraq uzadılması zamanı Xidmət İstifadəçinin Pul/Xallar kisəsindən Ödənişli xidmətin İstifadəçi tərəfindən seçilmiş dəyəri miqdarında olan məbləği avtomatik olaraq silir. Müddətin avtomatik olaraq uzadılması İstifadəçi tərəfindən aktivləşdirilmiş Ödənişli xidmətin qüvvədə olma müddətinin bitməsindən sonrakı gün həyata keçirilir. Ödənişli xidmətin göstərilmə müddətinin sonrakı uzadılması Xidmətin aktivləşdirildiyi eyni müddətə və eyni şərtlərlə həyata keçirilir. Müddətin uzadılmasının sayı məhdud olmamaqla yanaşı ya İstifadəçinin Pul/Xallar kisəsi balansından bütün vəsaitlərin silinməsinə, yaxud da müddətin avtomatik olaraq uzadılması opsiyasının deaktivasiya edilməsinə qədər həyata keçirilir. Əgər Ödənişli xidmətin uzadılması anına Ödənişli xidmətin göstərilməsinin İstifadəçi tərəfindən seçilmiş müddətə uzadılması üçün İstifadəçinin Pul/Xallar kisəsində kifayət qədər vəsait olmazsa, Xidmət İstifadəçinin Pul/Xallar kisəsinin balansında olan vəsaitin məbləğinə mütənasib olaraq uzadılır. Bütün vəsaitlərin silinməsindən sonra ödənişli xidmət deaktivasiya edilir.
İstifadəçi Ödənişli xidmət səhifəsində müvafiq opsiyanı deaktivasiya etməklə Ödənişli xidmətin avtomatik olaraq uzadılması opsiyasını istənilən vaxt söndürmək hüququna malikdir. Bu zaman, müddətin avtomatik olaraq uzadılması opsiyası İstifadəçi tərəfindən söndürüldükdən sonra, Ödənişli xidmət Ödənişli Xidmətin son aktivləşdirilməsinin qüvvədə olma müddətinin bitməsinə qədər aktiv qalacaqdır.
Ödənişli xidmətin müddətinin avtomatik olaraq uzadılması zamanı Servis heç bir şəkildə İstifadəçinin bank kartlarından və/və ya hər hansı hesablarından pul vəsaitlərini silmir. Ödənişli xidmətin müddətinin avtomatik olaraq uzadılması yalnız İstifadəçinin Servisdə yerləşən Pul/Xallar kisəsinin balansında olan vəsaitlər hesabına həyata keçirilir.

4. Kommunikasiya


4.1. Administrasiya İstifadəçilərə onların tərəfindən göstərilmiş elektron poçt ünvanlarına və ya telefon nömrələrinə elektron məktubları və/və ya qısa xəbərləri (SMS mesajları) göndərmək hüququna malikdir.
4.2. Servisin mesajları Servisdə dərc edilə bilər.
4.3. Əlavə olaraq İstifadəçi anlayır, qəbul edir və razılaşır ki, belə məktublarla və mesajlarla, lakin, məhdudlaşdırılmadan: başqa İstifadəçilərdən sazişin bağlanması üzrə təkliflər, təkliflər və başqa informasiya və/və ya reklam xarakterli mesajlar və başqa mesajlar ola bilər. İstifadəçi anlayır, qəbul edir və razılaşır ki, belə mesajlar və/və ya onların ayrı hissələri reklam xarakterinə malik ola bilər, həmçinin də özündə reklam, informasiya və başqa elanları saxlaya bilər.
4.4. Servisdə dərc edilmiş mesajlar onların dərc edildiyi anından İstifadəçiyə çatdırılmış hesab edilir.
4.5. Administrasiya başqa İstifadəçilər tərəfindən istifadəyə və/və ya Servisdə mesajların forma üzrə yerləşdirilmiş avtomatlaşdırılmış sistemlərlə (robotlarla) göndərilməsinə görə məsuliyyət daşımır.
4.6. Administrasiya başqa İstifadəçilər və/və ya robotları tərəfindən Servisin səhifələrində İstifadəçi tərəfindən yerləşdirilmiş telefon nömrələrindən və elektron ünvanlarından istifadəyə görə məsuliyyət daşımır.
4.7. İstifadəçi təsdiqləyir ki, Administrasiya İstifadəçilərə məktub və mesajları göndərmək məqsədləri üçün elektron poçt ünvanlarını və telefon nömrələrini üçüncü şəxslərə vermək hüququna malikdir.
4.8. Servis moderatorları və ya Administrasiya ilə istifadəçinin yazışması Servisdə göstərilən elektron poçt ünvanı qutusu vasitəsilə, habelə digər kommunikasiya vasitələri ilə həyata keçirilir.
4.9. Moderatorların və Administrasiyanın hərəkətləri barədə hər hansı bir şərhin, müzakirənin və digər yazıların (o cümlədən, təhqiramiz xarakterli yazılar da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq) Servisdə qeyd olunması İstifadəçiyə qadağandır. Əks halda Servisin Administrasiyası belə İstifadəçinin hesabını bloklaya və ya silə bilər.
4.10. İstifadəçi istənilən vaxt müvafiq sorğu göndərməklə öz telefon nömrəsinə və ya elektron poçt ünvanına ismarıclar almaqdan imtina edə bilər.

5. Əqli mülkiyyət


5.1. Servisdə istifadə olunan proqramların, məlumatların, ticarət nişanlarının, müəlliflik hüququ obyektlərinin və digər obyektlərin toplusu onların qanuni hüquq sahiblərinin əqli mülkiyyəti hesab olunur və əqli mülkiyyət haqqında qanunvericiliklə, eləcə də müvafiq beynəlxalq hüquqi müqavilələrlə və konvensiyalarla qorunur.
5.2. Administrasiya saytın yerləşdiyi domen adının, saytın özünün, mobil əlavələrin, Servisin yaratdığı məlumat bazalarının (o cümlədən Servis İstifadəçilərinin məlumat bazalarının), habelə bütövlükdə Servisin və Servisin bütün proqram təminatının müstəsna mülkiyyətçisidir.
5.3. Proqram təminatının yükləməsi zamanı Administrasiya İstifadəçiyə proqram təminatından istifadə üçün, onun üçüncü şəxslərə verilməsi hüququ olmadan, şəxsi pulsuz adi lisenziyanı verir.
5.4. Servisin funksiyalarına əsasən belə lisenziya istisna olaraq İstifadəçiyə Servisin xidmətlərindən istifadə imkanının verilməsi və onlardan xeyirlərin alınması üçü n nəzərdə tutulmuşdur.
5.5. Administrasiyanın buna yazılı razılığı olmadan Administrasiyanın əqli mülkiyyət obyektlərinin (Servisinin) tam və ya bir hissəsinin (o cümlədən, proqram təminatının) surətini çıxarmaq, onları dəyişdirmək, yaymaq, satmaq (realizə etmək), mübadilə etmək və ya icarəyə vermək, eləcə də proqram təminatını “sındırmaq” və ya onun ilkin kodunu əldə etmək qadağandır. Hazırkı Razılaşmada nəzərdə tutulmuş hallar istisna olmaqla Servisin tərkib hissəsi olan və Administrasiyaya məxsus olan elementlərin, simvolların, mətnlərin, qrafik təsvirlərin, proqramların, məlumat bazalarının və digər obyektlərin Administrasiyanın və ya digər qanuni hüquq sahibinin icazəsi olmadan istənilən şəkildə istifadəsi qanunsuz hesab edilməklə yanaşı, qanunvericiliyə uyğun olaraq məhkəmə baxışına və qanun pozuntusuna yol vermiş şəxslərin mülki-hüquqi, inzibati və cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilər.

6. Məsuliyyətin məhdudlaşdırılması


6.1. Servisdə İstifadəçi tərəfindən göstərilmiş Bütün informasiya (o cümlədən şəxsi məlumatlar), İstifadəçi tərəfindən onun Malının satılması (realizasiyası) üçün yerləşdirilir.
6.2. İstifadəçi özü haqqında bu və ya digər informasiyanı ancaq öz maraqlarında, o cümlədən İstifadəçi ilə əlaqənin qurulmasının sadələşdirilməsi və/və ya İstifadəçinin eyniləşdirməsi üçün yerləşdirir.
6.3. Özü haqqında informasiyanı yerləşdirərək, İstifadəçi anlayır və onunla razılaşır ki, belə informasiya Servisdə açıq girişdə yerləşdirilir, yəni tanış olma üçün istənilən müştəriyə və ya Servisin İstifadəçilərinə mümkündür.
6.4. İstifadəçi internet şəbəkəsində fırıldaqçılıqla bağlı bütün riskləri, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, elektron poçt ünvanının spam ismarıclarının göndərilmə siyahılarına keçməsi riski, elektron poçt ünvanının müxtəlif növ fırıldaqçıların əlinə keçməsi riski, telefon nömrəsinin SMS-spamerlərin və/və ya SMS fırıldaqçılarının əlinə keçməsi riski və bu cür məlumat yerləşdirilməsindən irəli gələn digər riskləri anlayır və onları öz üzərinə götürür.
Servisin İstifadəçiləri və ziyarətçiləri üçün mümkün fırıldaqçılıq əməllərinə dair təlimat https://del.az/dəstək.html keçid linki üzərində yerləşdirilmişdir.
6.5. Administrasiya Mal ilə bağlı əqdlərin təşkilatçısı, habelə vasitəçi, alıcı və ya satıcı deyildir.
6.6. Servis Servisin İstifadəçiləri tərəfindən sazişlərin bağlanmasına və icrasına (həyata keçirilməsinə), sazişlərin bağlanması nəticəsində vurulmuş ziyana, itmiş xeyirlərə, gəlirlərə, maliyyə zərərlərinə və ya vasitəli, faktiki, kənar və ya cərimə zərərlərinə, həmçinin hər hansı şəxsin qanunsuz əməlləri nəticəsində, görə məsuliyyət daşımır.
6.7. Servisin xidmətlərindən istifadə edib, İstifadəçi onunla öz razılığını təsdiqləyir ki, o Servisdən məsuliyyəti öz üzərinə götürərək istifadə edir, Servisdə yerləşdirilmiş elanların istifadəsi ilə bağlı bütün riskləri daşıyır.
6.8. Servis İstifadəçilərə realizasiyası (satışı) və/və ya əldə edilməsi qanunla, hazırkı Razılaşma ilə və Servisdən istifadənin başqa qaydaları ilə icazə verilmiş Mallar barəsində elanları yerləşdirmək imkanı verən alətdir.
6.9. Administrasiya istifadəçilər tərəfindən yerləşdirilmiş elanları həmişə yoxlamır ki, bunun da nəticəsində Malın keyfiyyəti, təhlükəsizliyi, qanunauyğunluğu və öz təsvirinə uyğunluğu, eləcə də Malın satıcı tərəfindən realizə olunması və alıcı tərəfindən əldə olunması Servisin nəzarətindən kənardır.
6.10. İstifadəçilər tərəfindən elanlarda yerləşdirilmiş məlumatların doğruluğuna Administrasiya nəzarət edə bilmir.
6.11. Servis, onun Administrasiyası, rəhbərlik və əməkdaşlar, Servisdə yerləşdirilmiş elanların məzmununa, həmçinin onların etibarlılığına görə heç bir məsuliyyət daşımırlar.
6.12. Administrasiya, onun rəhbərliyi və əməkdaşlar, istənilən xəbərlərin (o cümlədən, İstifadəçilər tərəfindən poçt qutusuna və/və ya mobil telefona alınan), məzmununa görə, həmçinin də İstifadəçilərin əlaqə məlumatlarının başqa istifadəsinə görə, heç bir məsuliyyət daşımırlar.
6.13. İstifadəçi anlayır ki, Servisdə elanın yerləşdirilməsi faktı onun zəmanəti deyil ki, hər hansı Malın təklifi, satılması və/və ya əldə edilməsi həqiqidir və qanunidir. Sazişin həyata keçirilməsi haqqında qərarı İstifadəçi sərbəst olaraq qəbul edir.
6.14. İstənilən iddialara dair Servisin ümumi məsuliyyəti qanunvericiliklə icazə verilən dərəcədə Servisin xidmətlərindən istifadəsinə görə İstifadəçi tərəfindən ödənilən məbləğlə və ya (Servisin mülahizəsinə görə) həmin xidmətlərin İstifadəçiyə yenidən təqdim edilməsi ilə məhdudlaşır.
6.15. İstifadəçi razılaşır ki, İstifadəçinin və başqa İstifadəçilərin və/və ya Servisin müştəriləri arasındakı bütün mübahisələr (o cümlədən sazişlərin həyata keçirilməsi nəticəsində) İstifadəçi Administrasiyanı cəlb etmədən sərbəst həll edir.
6.16. Administrasiya Servisin xidmətlərinə üçüncü şəxslərin Administrasiyanın razılığı (icazəsi) və/və ya məlumatı olmadan həyata keçirilmiş istənilən girişinə və/və ya İstifadəçilər haqqında istənilən informasiyaya görə (o cümlədən şəxsi məlumatlar), məsuliyyət daşımır.
6.17. İstifadəçi onunla razıdır ki, Administrasiya İstifadəçi qarşısında Servisin istənilən məzmunu ilə bağlı və/və ya İstifadəçi tərəfindən həyata keçirilmiş sazişlər nəticəsində istənilən mümkün və ya yaranmış itkilərlə və ya zərərlərlə əlaqədar, müəllif hüquqlarının qeydiyyatı ilə və belə qeydiyyat haqqında məlumatlarla, Servisdə mümkün olan mallarla və ya xidmətlərlə və ya İstifadəçinin Servisdə yerləşdirilmiş informasiyadan istifadə edərək daxil olduğu başqa əlaqələri ilə, məsuliyyət daşımır və birbaşa və ya dolayı öhdəliklərə malik deyildir.
6.18. Administrasiya Servisə ötürülə bilən və ya Servis vasitəsilə üçüncü şəxslər tərəfindən çatdırıla bilən istənilən proqram nasazlıqları, sınıqlar və başqa texniki və proqram nasazlıqlarına görə, həmçinin səhvlərə, proqram viruslarına, və s. görə məsuliyyət daşımır.
6.19. İstifadəçi yalnız qüvvədə olan qanunvericiliyə və hazırkı Razılaşmaya uyğun olaraq hərəkət etməyi, həmçinin qanunvericiliyə uyğun olaraq Servisdə və Servisin xidmətlərindən istifadə vaxtı şəxsi hərəkətlərinə və fəaliyyətsizliyinə görə tam məsuliyyət daşımağı öhdəsinə götürür.
6.20. İstifadəçinin hüquqları Servisin digər İstifadəçisi tərəfindən pozulduqda (əqli mülkiyyət obyektinin qanunsuz istifadəsi və sair) hüquqları pozulmuş İstifadəçi müvafiq şikayət ilə Administrasiyaya və ya moderatorlarla müracitə edə bilər. Administrasiya şikayətə baxır və şikayət əsaslı olduğu halda Administrasiya İstifadəçinin hüquqlarının pozulmasının qarşısını almaq üçün tədbirlər görmək hüququnu əldə edir.
6.21. Elanlarda yerləşdirilmiş Malların təhlükəsizliyinə və hüquqi "təmizliyinə" və əqdlərin bağlanması zamanı istifadəçilərin təhlükəsizliyinə görə Administrasiya məsuliyyət daşımır.
6.22. Tərəflər Müqavilə üzrə öz öhdəliklərini Müqavilə bağlandığı ana əvvəlcədən görə bilməyəcəyi qarşısıalınmaz qüvvə hallarına görə icra edə bilmədikdə belə öhdəliklərin gecikdirildiyi və ya pozulduğu həddə məsuliyyətdən azad olunur.
Belə hallara zəlzələ, daşqın, yanğın, digər təbii fəlakətlər, hərbi münaqişə və müdaxilələr, terror aktları, kütləvi iğtişaşlar, xalq çaxnaşmaları, tətillər, qanunvericilikdə dəyişikliklər, dövlət orqanları tərəfindən qərarlar, habelə Tərəflərin bu Müqavilənin şərtlərini yerinə yetirməsinə bilavasitə təsir edən digər hallar aiddir.

7. Razılaşmanın etibarlılıq müddəti


7.1. Hazırkı Razılaşma İstifadəçinin qeydiyyatdan keçməsi faktından və ya Servisdə elanın yerləşdirilməsindən asılı olmayaraq İstifadəçi Servisin xidmətlərindən istifadə etməyə başladığı andan etibarən qüvvəyə minir və Razılaşmanın etibarlılıq müddəti müddətsizdir.
7.2. İstifadəçi, bu barədə Administrasiyaya əvvəlcədən xəbərdarlıq və səbəbini izah etmədən, Servisdə qeydiyyatını birtərəfli qaydada ləğv etmək hüququna malikdir.
7.3. İstifadəçi ilə bağlanmış Razılaşmaya Administrasiya tərəfindən xitam verilməsi aşağıdakı hallarda baş verə bilər:
7.3.1. Hazırkı Razılaşmanın və/və ya qanunvericiliyin şərtlərinin İstifadəçi tərəfindən pozulması, Servisə və ya Administrasiyaya, o cümlədən onun nüfuzuna və ya Servisin digər istifadəçilərinə hər hansı bir ziyanın vurulması;
7.3.2. Administrasiyanın və Servisin Siyasətinə zidd olan digər hərəkətlərin həyata keçirilməsi;
7.4. İstifadəçi hazırkı Razılaşmanın, Oferta Müqaviləsinin, Administrasiya tərəfindən Servisdə yerləşdirilmiş və İstifadəçi tərəfindən aksept edilmiş digər əlavə sənədlərin və ya qaydaların müddəalarını və/və ya qüvvədə olan qanunvericilik, əxlaq və ədəb normalarını pozduqda, Servis öz mülahizəsinə görə İstifadəçinin girişini dayandırmaq hüququna malikdir.
Xidmətlərdən istifadəsi dayandırılan və ya məlumatlarının etibarlılığını itirmiş İstifadəçinin yenidən qeydiyyatdan keçmək hüququ yoxdur, habelə belə bir İstifadəçinin Servisə giriş üçün digər İstifadəçinin hesab məlumatlarından istifadə etmək hüququ da yoxdur. Hüquqi münasibətlər yalnız Administrasiya tərəfindən müvafiq qərar qəbul edildikdən sonra bərpa edilə bilər.

8. Razılaşmaya dəyişikliklərin edilməsi


8.1. Servisdə Administrasiya tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə, eləcə də qanunvericiliyin tələblərinə əməl etmək və bazar şəraitinin dəyişməsinə reaksiya verə bilmək üçün Administrasiya tərəfindən bu Razılaşmaya birtərəfli qaydada dəyişikliklər və əlavələr edilə bilər. Sazişin yeni redaksiyasında və ya Administrasiya tərəfindən tərtib olunmuş digər əlavə sənədlərdə başqa hallar nəzərdə tutulmamışdırsa, Razılaşmanın yeni redaksiyası İnternet şəbəkəsində yerləşdirildiyi andan etibarən qüvvəyə minir.
8.2. İstifadəçi Razılaşmaya edilən dəyişikliklərlə razılaşmadıqda o, Servisə girişdən imtina etməli, Servisin xidmətlərindən istifadəni dayandırmalıdır.

9. Digər şərtlər


9.1. Mübahisələrin yarandığı halda hazırkı Razılaşmanın tərəfləri onları danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürürlər. Hazırkı Razılaşmanın və Servis xidmətlərinin verilməsinin icrası zamanı yaranan mübahisələr qüvvədə olan qanunvericiliyə uyğun olaraq həll edilməlidir.
9.2. Bütün mübahisələrə dair Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.
9.3. Administrasiya birtərəfli qaydada və İstifadəçilərə xəbərdarlıq etmədən hazırkı Razılaşmaya dəyişiklik etmək hüququnu özündə saxlayır. Razılaşmanın yeni redaksiyası onun Servisdə dərc edildiyi tarixdən etibarən qüvvəyə minir.
9.4. Razılaşmada heç nə İstifadəçi və Administrasiya arasında agent münasibətlərinin, Yoldaşlığın münasibətlərinin, birgə fəaliyyət üzrə münasibətlər, şəxsi işəgötürmənin münasibətlərinin, və ya Razılaşma ilə birbaşa nəzərdə tutulmamış hər hansı bir başqa münasibətlərin müəyyən edilməsi kimi anlaşıla və izah edilə bilməz.
9.5. Məhkəmə tərəfindən Razılaşmanın hər hansı müddəasının etibarsız və ya məcburi icraya aid olmayan kimi tanınması Razılaşmanın başqa müddəalarının etibarsız olması ilə nəticələnmir.
9.6. Razılaşmanın müddəalarının İstifadəçilərindən hər hansı biri tərəfindən pozulması halında Administrasiya tərəfindən fəaliyyətsizlik daha sonra Administrasiyanı öz maraqlarının və hüquqlarının müdafiəsinə uyğun olan hərəkətləri təşəbbüs etmək hüququndan məhrum etmir.
9.7. Hazırkı Razılaşma ilə nəzərdə tutulmamış bütün başqa şərtlər və şəraitlər, ayrı fərdi qaydada tənzimlənir.
İstifadəçi təsdiqləyir ki, hazırkı Razılaşmanın bütün bəndləri ilə tanış edilmişdir və onları sözsüz tam həcmdə qəbul edir.

Əlavələr:

Məxfilik siyasəti https://del.az/məxfilik-siyasəti.html

ÖDƏNİŞLİ XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ HAQQINDA OFERTA MÜQAVİLƏSİ


1. ÜMUMİ MÜDDƏALAR


1.1. Hazırkı sənəd Administrasiyanın (İcraçının) hazırkı Ofertada şərh edilmiş şərtlərlə ödənişli xidmətlərin göstərilməsi haqqında Müqavilə (bundan sonra – “Müqavilə”) bağlamaq barədə qeyri-müəyyən şəxslərə ünvanlanmış açıq təklifidir.
1.2. Ofertada şərh edilmiş şərtlər qəbul edildikdə (aksept), fiziki və ya hüquqi şəxs Müqavilə üzrə Sifarişçiyə çevrilir və hazırkı Müqavilənin və onun ayrılmaz hissəsi olan əlavələrinin şərtlərini yerinə yetirməyi öz öhdəsinə götürür. Ofertanın 4-cü bəndinə uyğun olaraq Sifarişçi tərəfindən yerinə yetirilmiş Ofertanın aksepti Oferta şərtləri əsasında Müqaviləni yaradır.
1.3. https://del.az/dəstək.html keçid linki üzərində yerləşdirilmiş İstifadəçi Razılaşmasında nəzərdə tutulmuş şərtlərlə, habelə hazırkı Müqavilədə nəzərdə tutulmuş şərtlərlə Ödənişli xidmətləri sifariş etmiş Servis İstifadəçisi hazırkı Müqavilə üzrə Sifarişçi hesab edilir.
Xidmətlərin dəyərini Sifarişçi və İcraçı arasında ayrıca bağlanmış fərdi müqavilələr üzrə bilavasitə İcraçının hesablaşma hesabına nağdsız köçürmə yolu ilə ödəyən və sahibkarlıq fəaliyyətinin subyektləri olan İstifadəçilər hazırkı Müqavilə üzrə Sifarişçilər hesab edilmir.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində Müqavilənin bağlanmasına dair məhdudiyyətlər olan şəxs (o cümlədən, lakin bununla məhdudlaşmayaraq, barəsində təsərrüfat fəaliyyətinin aparılmasına dair məhdudiyyətlər olan şəxslər) Sifarişçi hesab edilə bilməz.
1.4. Oferta İnternet şəbəkəsində https://del.az/dəstək.html keçid linki üzərində yerləşdirildiyi andan etibarən qüvvəyə minir və Ofertanın İcraçı tərəfindən geri götürüldüyü anadək qüvvədə qalır.
1.5. Sifarişçi ilə ayrıca fərdi müqavilə bağlandıqda, hazırkı Müqavilənin şərtləri belə Sifarişçiyə şamil edilmir.
1.6. İcraçı Ofertanın şərtlərinə (o cümlədən tariflərin qiymətinə və təsvirinə) dəyişiklik etmək və/və ya istənilən vaxt öz mülahizəsinə görə Ofertanı geri götürmək hüququnu özündə saxlayır. İcraçı Ofertaya dəyişikliklər etdikdə, bu cür dəyişikliklər, belə bir yerləşdirmə zamanı dəyişikliklərin qüvvəyə minməsi üçün başqa bir müddət nəzərdə tutulmayıbsa, Ofertanın dəyişdirilmiş mətninin İnternet şəbəkəsində hazırkı Müqavilənin 1.4-cü bəndində qeyd olunmuş ünvanda yerləşdirildiyi andan etibarən qüvvəyə minir.
1.7. Bu fəsildə göstərilməyən bütün digər terminlər https://del.az/dəstək.html keçid linki üzərində yerləşdirilmiş İstifadəçi Razılaşmasına, qanunvericiliyə və ya işgüzar dövriyyə adətlərinə uyğun olaraq şərh edilir.

2. MÜQAVİLƏNİN PREDMETİ


2.1. Hazırkı Müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə İcraçı Sifarişçiyə hazırkı Müqavilənin 2.2.-ci yarımbəndlərində müəyyən edilmiş ödənişli xidmətləri (bundan sonra birlikdə – “Xidmətlər” və ya “Ödənişli xidmətlər) göstərməyi, Sifarişçi isə göstərilən xidmətləri qəbul etməyi və onların dəyərini İcraçıya ödəməyi öz öhdəsinə götürür.
2.2. Hazırkı Müqavilə üzrə xidmətlər İcraçı tərəfindən birlikdə və/və ya ayrı-ayrılıqda təqdim olunur və Sifarişçinin materiallarının yerləşdirilməsi və emalı məqsədi ilə Sifarişçiyə İnternet şəbəkəsi üzərindən Servisə girişin verilməsini, eləcə də Ödənişli xidmətlərin göstərilməsini (aktivləşdirilməsini) özündə birləşdirir:
2.2.1. “Biznes profili” xidmətinin yaradılması və rəsmiləşdirilməsi (aktivləşdirilməsi) üçün Sifarişçiyə girişin verilməsi. “Biznes profili” xidmətinin təsviri İstifadəçinin Şəxsi kabinetində (hesabında) dərc edilmiş, eləcə də Servisin digər səhifələrində yerləşdirilmişdir. Xidmətin qiyməti Sifarişçinin (İstifadəçinin) Şəxsi kabinetində (hesabında), eləcə də Servisin digər səhifələrində yerləşdirilmiş tariflərə uyğun olaraq müəyyən edilir.
2.2.2. Növləri və təsviri https://del.az/ödənişli-xidmətlər.html linki üzərində dərc edilmiş və ya Servisin digər səhifələrində yerləşdirilə biləcək Digər ödənişli xidmətlərin aktivləşdirilməsi. Digər ödənişli xidmətlərin qiymətləri Sifarişçinin (İstifadəçinin) Şəxsi kabinetində (hesabında), eləcə də Servisin digər səhifələrində yerləşdirilmiş tariflərə uyğun olaraq müəyyən edilir.
2.2.3. Reklamın Servisdə yerləşdirilməsi (bundan sonra – “Reklam xidmətləri”). Reklam xidmətlərinin qiymətləri https://del.az/ödənişli-xidmətlər.html keçid linki üzərində dərc edilmiş tariflərə uyğun olaraq müəyyən edilir.
2.3. Sifarişçi hazırkı Ofertada şərh edilmiş şərtlərlə razılaşır və hazırkı Müqavilənin ayrılmaz hissələri olan https://del.az/i̇stifadəçi-razılaşması.html keçid linki üzərində yerləşdirilmiş “İstifadəçi Razılaşması”nı və https://del.az/dəstək.html keçid linki üzərində yerləşdirilmiş “Məlumatların Yerləşdirilməsi Qaydaları”nı icra etməyi öz öhdəsinə götürür. Oferta Sifarişçi tərəfindən aksept edildikdən sonra İstifadəçi Razılaşmasına və Məlumatların Yerləşdirilməsi Qaydalarına dəyişikliklər edilərsə, Sifarişçi hazırkı Müqaviləni birtərəfli qaydada poza bilər. Sifarişçinin Servisin Xidmətlərindən istifadə etməkdə davam etməsi onun İstifadəçi Razılaşmasına və Məlumatların Yerləşdirilməsi Qaydalarına edilən bütün dəyişiklikləri qəbul etməsi və razılaşması deməkdir.
2.4. İcraçı Sifarişçi ilə əvvəlcədən razılaşdırılmadan və bu haqda Servisin müvafiq səhifələrində göstərməklə Xidmətlərin göstərilməsinin adını, həcmini, dəyərini və digər şərtlərini dəyişdirə bilər. Əgər hər hansı bir xidmət aktivləşdirildikdən sonra onun şərtləri dəyişər, Sifarişçi isə yeni Şərtlərlə razı olmazsa, belə Sifarişçi hazırkı Müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə aktivləşdirilmiş xidməti qəbul etməkdən imtina etmək hüququna malikdir.
2.5. Xidmətlərin göstərilmə yeri (hazırkı Müqavilənin bağlandığı yer) Bakı şəhəri, Azərbaycan Respublikası hesab edilir.
2.6. Hazırkı Müqavilə üzrə xidmətlərin göstərilməsi üçün hesabat dövrü təqvim ayı hesab edilir.

3. ÖDƏNİŞLİ XİDMƏTLƏRİN QİYMƏTİ VƏ ÖDƏNİŞ ŞƏRTLƏRİ


3.1. Hazırkı Müqavilə üzrə İcraçının Ödənişli xidmətlərinin qiyməti Sifarişçinin seçdiyi tariflər nəzərə alınmaqla hazırkı Müqavilənin 2.2.1-2.2.3-cü yarımbəndlərinə və 2.2-ci yarımbəndinə uyğun olaraq müəyyən edilir. Bu zaman İcraçı birtərəfli qaydada və ya hazırkı Müqavilənin Tərəfləri arasında əlavə razılaşma əsasında Sifarişçiyə qüvvədə olan tariflərə əlavə endirimlər və/və ya bonuslar təqdim etmək hüququna sahibdir.
3.2. İcraçının Xidmətlərinin qiymətinə bütün vergi və yığımlar daxildir.
3.3. Tərəflər əlavə olaraq digər şərtləri razılaşdırmayıbsa, hazırkı Müqavilənin şərtlərinə uyğun olaraq Ödənişli xidmətlərin göstərilməsi xidmətlərin dəyərinin 100% (yüz faiz) miqdarında əvvəlcədən ödəniş şərtləri ilə həyata keçirilir.
3.4. Ödənişli xidmətlərin dəyərinin ödənilməsi hazırkı Müqavilənin 4-cü fəslində göstərilən üsullarla həyata keçirilir.
3.5. Ödənişli xidmətlər müvafiq xidmət tariflərində göstərilən müddətlərdə İcraçı tərəfindən Sifarişçiyə göstərilir.
3.6. Sifarişçi göstərilən xidmətin göstərildiyi aydan sonrakı təqvim ayının 5-dək xidmətlərin keyfiyyətinə və ya göstərilmə müddətlərinə dair İcraçıya əsaslandırılmış etiraz təqdim etməzsə, belə Xidmətlər Sifarişçi tərəfindən tam həcmdə qəbul edilmiş hesab edilir, Sifarişçinin bu cür xidmətlərin keyfiyyətinə və İcraçı tərəfindən göstərilmə müddətlərinə dair istənilən iddiaları bundan sonra qəbul edilmir və belə Xidmətlər lazımi keyfiyyətlə və lazımi qaydada göstərilmiş hesab edilir.
Göstərilən xidmətlərin keyfiyyətinə dair bütün şikayətlər Sifarişçi tərəfindən https://ddd.az/haqqımızda/əlaqə.html keçid linki üzərində göstərilmiş əlaqələr vasitəsilə təqdim edilə bilər.
3.7. Göstərilən xidmətlərin, hesabların və hesab-fakturaların təhvil-təslim aktları yalnız Sifarişçilərlə ayrıca bağlanmış fərdi müqavilələr üzrə bilavasitə İcraçının hesablaşma hesabına nağdsız köçürmə yolu ilə, habelə ödəniş sistemlərindən istifadə etməməklə ödəmək şərtilə sahibkarlıq fəaliyyətinin subyekti olan Sifarişçilərə təqdim olunur.
Nağd pul vəsaitləri ilə ödənildikdə, İcraçı müəyyən edilmiş nümunədə qəbz təqdim edir.

4. OFERTANIN AKSEPTİ VƏ MÜQAVİLƏNİN BAĞLANMASI


4.1. Sifarişçi Ofertanı aksept edir və bu Müqavilənin 3.3-cü bəndinə uyğun olaraq İcraçının xidmətlərinin dəyərini əvvəlcədən ödəməklə hazırkı Müqaviləni bağlayır.
4.2. Xidmətlərin ödənişi Servisin əməkdaşlıq etdiyi ödəniş sistemləri (bank kartları (VİSA, Mastercard), ödəniş terminalları, elektron və mobil pul kisələri), habelə İcraçının yerləşdiyi yer üzrə nağd vəsaitlər vasitəsilə Sifarişçi tərəfindən həyata keçirilir. Ödəniş üsulları haqqında ətraflı məlumat Servisin ödəniş üsullarına dair səhifələrində də yerləşdirilmişdir və ya Servisdə göstərilən əlaqə vasitələri üzərindən Administrasiya tərəfindən təqdim edilə bilər. Ödəniş üsulları dəyişə bilər.
4.3. Ödəniş tarixi — pul vəsaitlərinin İcraçının hesabına köçürülməsi tarixi və ya Sifarişçidən nağd pul vəsaitlərinin İcraçı tərəfindən qəbul edilməsi tarixidir.
4.4. İcraçının xidmətlərinin dəyərini vasitəçilər (məsələn, onlayn ödəmə sistemləri, terminallar və digər subyektlər) ilə ödəyərkən, belə vasitəçilər üçüncü tərəf hesab edilir və ödənişin emalına, vəsaitin köçürülməsinə görə komissiya kimi əlavə komissiyalar və ya digər vasitəçilik ödənişləri tələb edə bilər. Bütün bu cür əlavə komissiyalar və ödənişlər, o cümlədən valyuta konvertasiyası zamanı yaranan ödənişlər Sifarişçi tərəfindən ödənilir.

5. MÜQAVİLƏNİN MÜDDƏTİ VƏ DƏYİŞDİRİLMƏSİ


5.1. Müqavilə Sifarişçi tərəfindən Ofertanın aksepti tarixindən etibarən qüvvəyə minir və a) Tərəflər Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək və ya b) Müqaviləyə vaxtından əvvəl xitam verilən anadək qüvvədə qalır.

6. MÜQAVİLƏNİN LƏĞVİ


6.1. Aşağıdakı hallarda Müqaviləyə vaxtından əvvəl xitam verilə bilər:
6.1.1. Tərəflərin razılığı ilə istənilən vaxt;
6.1.2. Tərəflərdən biri Müqavilənin şərtlərini pozduğu təqdirdə qarşı Tərəfin təşəbbüsü ilə digər Tərəfə yazılı bildiriş göndərməsiylə. Bu halda Müqavilənin şərtlərini pozan Tərəf digər Tərəfin müvafiq yazılı bildirişini aldığı andan etibarən Müqavilə ləğv edilmiş hesab olunur;
6.1.3. Tərəflərin hər hansı birinin təşəbbüsü ilə Müqavilənin ləğv edilməsi tarixindən 10 (on) təqvim günü əvvəl digər Tərəfə yazılı bildiriş təqdim etməklə.
6.1.4. Hazırkı Müqavilədə və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.
6.2. Servisin xidmətlərinin dəyərini ödəmiş Servis İstifadəçisi göstərilməyən xidmətlərə görə vəsaitin geri qaytarılması xahişi ilə Administrasiyaya müraciət etmək hüququna sahibdir. Ödənilmiş pul vəsaitlərinin geri qaytarılması Administrasiya tərəfindən aşağıdakı hallarda həyata keçirilir:
6.2.1. İcraçı və ya Sifarişçinin təşəbbüsü ilə Müqaviləyə vaxtından əvvəl xitam verilərsə, İcraçı ödənilmiş, lakin göstərilməmiş xidmətlərin qiymətinin qalığını Sifarişçiyə geri qaytardıqda (https://del.az/i̇stifadəçi-razılaşması.html keçid linki üzərində yerləşdirilmiş Müqavilə və İstifadəçi Razılaşması üzrə öhdəliklərin Sifarişçi tərəfindən pozulması halları istisna olmaqla).
6.2.2. Servisin işləməsində meydana gəlmiş texniki səbəblərə görə xidmət göstərilmədiyi hallarda;
6.2.3. Ödənişli xidmətlərin göstərilməsi haqqında Oferta Müqaviləsində nəzərdə tutulmuş hallarda və ya Servis ilə Sifarişçi arasında bağlanmış ayrıca fərdi Müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə.
6.2.4. Administrasiyanın qərarı ilə digər fərdi hallarda.
Pul vəsaitlərinin geri qaytarılması qaydası Administrasiya ilə İstifadəçi (Sifarişçi) arasında hər bir konkret halda müəyyən edilir.
6.3. Aşağıdakı hallarda Administrasiya pul vəsaitlərini İstifadəçiyə geri qaytarmaqdan imtina etmək hüququna sahibdir:
6.3.1. İstifadəçi hazırkı Razılaşmanın şərtlərini mütəmadi olaraq pozduqda.
6.3.2. Xidmət aktiv edildikdə, o cümlədən moderasiyadan sonra elanın silindiyi hallarda.
6.3.3. İstifadəçi qadağan edilmiş mallar barədə elan yerləşdirdikdə.
6.3.4. Ödəniş sistemi ilə bağlı hər hansı nasazlıq yarandıqda. İstifadəçilər tərəfindən Servis xidmətlərinin ödənişinin həyata keçirildiyi ödəniş sistemlərinin işinə görə Servis məsuliyyət daşımır. Belə halda pul vəsaitlərinin geri qaytarılması məsələsi fərdi qaydada həll edilir.
6.3.5. Administrasiyanın qərarı ilə digər hallarda.
6.4. Tərəflərin razılığı ilə Müqavilə dayandırıla bilər.

7. ZƏMANƏTLƏR


7.1. İcraçı hazırkı Müqavilənin bağlanması və icrası üçün zəruri olan bütün hüquq və səlahiyyətlərə sahib olduğuna dair zəmanət verir.
7.2. Sifarişçi İcraçıya təqdim etdiyi bütün məlumat materiallarının reklam, müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin tələbləri də daxil olmaqla, mövcud qanunvericiliyin tələblərinə, haqsız rəqabətdən qorunma və iqtisadi rəqabətin qorunması haqqında qanunvericilik də daxil olmaqla, antiinhisar qanunvericiliyinin tələblərinə cavab verdiyinə dair zəmanət verir və bunu təsdiq edir. Sifarişçi məlumat materiallarının qanunvericiliyə uyğun zəruri olan bütün məlumatlardan ibarət olmasına, eləcə də məlumat materiallarının yerləşdirilməsi, məzmunu və formasının mövcud qanunvericiliyin digər tələblərinə cavab verdiyinə dair zəmanət verir və bunu təsdiq edir. Sifarişçi bu bəndin pozulması nəticəsində İcraçıya dəymiş itkilərin (xərclərin, zərərin) tam həcmdə və İcraçı tərəfindən təyin olunmuş müddətlərdə təzmin etməyi öz öhdəsinə götürür.
7.3. Sifarişçi aksept yolu ilə hazırkı Müqavilənin şərtləri ilə razılaşmaqla və onu qəbul etməklə İcraçını əmin edir və İçraçıya aşağıdakılar barədə zəmanət verir:
7.3.1. İstifadəçi kimi qeydiyyatdan keçərkən və xidmətlərin dəyərinin ödənilməsi üçün ödəniş sənədlərini tərtib edərkən düzgün məlumatlar təqdim etdiyini;
7.3.2. hazırkı Müqaviləni könüllü surətdə bağladığını;
7.3.3. şərtlər ilə tam şəkildə tanış olduğunu və hazırkı Müqavilənin predmetini tam anladığını;
7.3.4. İstifadəçi Razılaşmasının şərtləri ilə tam şəkildə tanış olduğunu, eləcə də bu şərtləri və Servisdə yerləşdirilmiş digər qaydaları qəbul etdiyini və onlarla razılaşdığını.
7.3.5. Müqavilənin bağlanması və icrası üçün zəruri olan bütün hüquq və səlahiyyətlərə sahib olduğunu;
7.3.6. Servisdə yerləşdirdiyi obyektlər barəsində bütün əqli mülkiyyət hüquqlarına (mallar və xidmətlər üçün nişanlara, müəlliflik hüququ obyektlərinə, sənaye nümunələrinə və s.) sahib olduğunu.

8. İCRAÇININ HÜQUQLARI


8.1. İcraçının hüquqları:
8.1.1. zərurət yarandıqda Müqavilənin şərtlərinin pozulmasına görə Sifarişçi qarşısında tam məsuliyyət daşımaqla Razılaşmanın icrasını üçüncü tərəfə təhvil vermək;
8.1.2. hazırkı Müqavilədə, Servisin İstifadəçi Razılaşmasında, Müştərinin Servisdə göstərilən məlumat materiallarının yerləşdirilməsi qaydalarında, habelə qanunvericilikdə və ya tətbiq olunan qaydalarda nəzərdə tutulmuş digər hallarda Sifarişçiyə xəbərdarlıq etmədən Biznes profilin, eləcə də digər ödənişli xidmətlərin idarə edilməsini həyata keçirmək;
8.1.3. Sifarişçi “Reklam haqqında” qanunvericiliyin və ya digər qanunvericiliyin tələblərini yerinə yetirmədikdə və/və ya üçüncü şəxslərin hüquqlarını pozduqda, habelə Sifarişçi Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozduqda xidmətlərin göstərilməsini dayandırmaq;
8.1.4. aşağıdakı hallarda Sifarişçinin Biznes profilini yaratmaqdan imtina etmək və ya Biznes profili dayandırmaq, habelə digər ödənişli xidmətləri göstərməkdən imtina etmək və/və ya yerləşdirilməli materialları qəbul etməmək:
8.1.4.1. məlumat materialları Sifarişçinin (Sifarişçinin müştərilərinin) təmsil etdiyi üçüncü şəxslərin qayda və tələblərinə uyğun gəlmədikdə;
8.1.4.2. müəlliflik hüquqları və ya digər hüquqların pozulmasına dair üçüncü tərəflərin etirazları olduqda;
8.1.4.3. Sifarişçi İcraçı tərəfindən tələb olunan sənədləri və ya məlumat materiallarına dair məlumatları verməkdən imtina etdikdə;
8.1.4.4. Sifarişçi İcraçının göstərdiyi xidmətlər üçün ödəniş müddətlərini pozduqda;
8.1.4.5. Sifarişçinin məlumat materialları hər hansı bir şəxsə münasibətdə təhqiramiz, alçaldıcı, ayrıseçkilik və ya başqa bir etikadan kənar xarakter daşıdıqda və/və ya məlumat materialları hər hansı üçüncü şəxslərin hüquqlarını pozduqda, habelə Müqavilənin şərtlərinə və/və ya qanunvericiliyin tələblərinə uyğun olmayan qərəzli, qeyri-dəqiq, bilərəkdən yalan və ya digər lazım olmayan məlumatlardan ibarət olduqda.
8.1.4.6. Müqavilə və və/ya qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
8.1.5. Sifarişçidən reklam materialları ilə bağlı məlumatları, sənədləri, açıqlamaları, izahları, istehsal təlimatlarını tələb və əldə etmək.
8.1.6. (A) Yerləşdirmə Qaydaları, (B) Servisin İstifadəçi Razılaşması ilə nəzərdə tutulmuş hallarda, (C) dövlət orqanlarının icbari olaraq yerinə yetirilməli sərəncamlarının alınması, (D) müəlliflik hüquqlarının pozulması barədə onların sahiblərindən müraciətlərin alınması hallarında, (E) Müqavilə və/və ya qanunvericilik ilə nəzərdə tutulmuş digər hallarda Müqavilənin qüvvədə olma müddəti ərzində məlumat materiallarını bloklamaq, silmək və ya onlara girişi məhdudlaşdırmaq.
8.1.7. zəruri hallarda İcraçı reklam və/və ya məlumat materiallarının mövcud qanunvericiliyə uyğunluğuna dair Sifarişçiyə tövsiyə xarakterli məsləhət xidmətləri göstərə bilər, lakin bunu öz öhdəsinə götürmür. İcraçının tövsiyələri Sifarişçi üçün zəruri deyildir və Sifarişçi onları öz qorxusu və riski altında qəbul edir. Sifarişçinin Administrasiyanın tövsiyələrini yerinə yetirməsinə və onların nəticələrinə görə İcraçı məsuliyyət daşımır;

9. MƏSULİYYƏT VƏ MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI


9.1. Hazırkı Müqavilənin şərtlərini pozduqlarına görə Tərəflər Müqavilədə və/və ya Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyəti daşıyırlar.
9.2. Sifarişçi aşağıdakılara görə tam həcmdə məsuliyyət daşıyır:
9.2.1. qanunvericiliyin bütün tələblərinə, o cümlədən reklam haqqında qanunvericiliyə, əqli mülkiyyət hüquqlarını tənzimləyən qanunvericiliyə, iqtisadi rəqabətin qorunması haqqında qanunvericiliyə (lakin sadalananlarla məhdudlaşmayaraq) riayət etməyə;
9.2.2. məlumat materiallarının məzmunu və forması, açar sözlər, keçid linkinin təyin olunduğu reklam obyekti (Sifarişçinin və/və ya onun müştərisinin veb-saytının domen adı) barəsində qüvvədə olan qanunvericiliyin norma və tələblərinin pozulmasına, onun Sifarişçi və ya üçüncü şəxslərin nümayəndəsi qismində həyata keçirdiyi digər hərəkətlərə, əqli mülkiyyət obyektlərinə dair, eləcə də məlumat materiallarına və ya reklam obyektinə daxil olan digər üçüncü şəxslərin müəllif hüquqlarının pozulmasına görə, məlumatların düzgün olmamasına, məlumat materiallarının məzmunundakı səhvlərə və qeyri-dəqiqliklərə görə, məlumat materiallarının düzgün olmamasına və məlumat materiallarında haqsız rəqabətə yol verilməsinə görə, məlumat materiallarının və ya reklam obyektinin hər hansı bir şəxsə qarşı təhqiramiz, alçaldıcı, ayrı-seçkilik və ya digər qeyri-etik xarakter daşıdığına görə və /və ya məlumat materiallarının və ya reklam obyektinin hər hansı üçüncü tərəfin və/və ya hər hansı dövlətin hüquqlarını pozduğuna görə, eləcə də vicdansız, bilərəkdən yalan və ya digər haqsız reklama görə;
9.2.3. Servisdə İstifadəçi kimi qeydiyyatdan keçərkən Sifarişçinin göstərdiyi məlumatların düzgünlüyünə və Ofertanın 7-ci bəndində göstərilən Sifarişçinin zəmanətlərinin və əmin etmələrinin doğruluğuna görə;
9.2.4. Sifarişçi tərəfindən cəlb edilmiş üçüncü şəxslərin (Sifarişçinin və digər üçüncü şəxslərin müştərilərinin) hərəkətlərinə (hərəkətsizliyinə) görə.
9.3. Sifarişçi yerləşdirilmiş məlumat materialları barəsində yaranmış mübahisələri öz gücü və hesabına həll etməyi və üçüncü şəxslərin iddialarını tənzimləməyi və ya Sifarişçinin məlumat materiallarının yerləşdirilməsinə dair üçüncü şəxslərin və ya dövlətin tələbləri və iddiaları ilə əlaqədar olaraq İcraçıya dəyən itkilərin (xərclərin, zərərin, cərimə sanksiyalarının, məhkəmə xərclərinin) ödənilməsini öz öhdəsinə götürür.
9.4. İcraçı tərəfindən Xidmətlərin təqdim edilməməsi və ya lazımi keyfiyyətdə olmayan Xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq zərərin ödənilməsinə dair tələblərin Sifarişçi tərəfindən irəli sürüldüyü halda hazırkı Müqavilə üzrə İcraçının Sifarişçi qarşısında məsuliyyəti Sifarişçinin sənədlərlə təsdiq edilmiş itkilərinin ölçüsü ilə və Sifarişçinin konkret sifariş üzrə ödədiyi məbləğlə məhdudlaşır.
9.5. İstənilən halda İcraçı faktiki göstərilmiş xidmətlərin dəyərini Sifarişçiyə geri qaytarmır.
9.6. Icraçının xidmətlərinin köməyi ilə iqtisadi, maliyyə və ya digər nəticəni əldə edəcəyini hesab edən Sifarişçinin belə nəticələri əldə edə bilməməsinə görə İcraçı məsuliyyət daşımır. Sifarişçi anlayır və etiraf edir ki, Sifarişçinin gözlədiyi və İcraçının xidmətlərinin vasitəsi ilə əldə etmək istədiyi nəticə ilə xidmətlərin göstərilməsi nəticəsi arasındakı uyğunsuzluq belə bir Xidmətin göstərilməməsi və/və ya lazımi keyfiyyətdə olmayan Xidmətin göstərilməsi faktı deyildir.

10. DİGƏR ŞƏRTLƏR


10.1. Giriş hüququ İcraçı tərəfindən Sifarişçiyə verilmiş materiallar İcraçının əqli mülkiyyət hüquqları obyektləri hesab edilir. Sifarişçiyə xidmət göstərildiyi proses ərzində İcraçı tərəfindən yaradıla bilən əqli mülkiyyət hüquqları obyektləri üzərində müstəsna hüquqlar İcraçı məxsus olaraq qalır.
10.2. Hazırkı Ofertanı qəbul etməklə (Ofertanın aksepti) Sifarişçi Servisdən istifadə etdiyi müddətdə təqdim etdiyi fərdi məlumatlarının, habelə fərdi məlumatlarının toplanması, sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), istifadəsi, yayılması (o cümlədən transsərhəd ötürülməsi), şəxssizləşdirilməsi, bloklanması, məhv edilməsi də daxil olmaqla, telefon nömrələrinin, elektron poçt ünvanlarının İcraçı tərəfindən emalına, habelə xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə tədqiqatların keçirilməsi, marketinq proqramlarının, statistik tədqiqatların aparılması üçün, habelə poçt göndərilmələri, elektron poçt, telefon, faksimil əlaqəsi, İnternet şəbəkəsi kimi müxtəlif rabitə vasitələri ilə, lakin bunlarla məhdudlaşmayaraq, Sifarişçi ilə birbaşa əlaqələrin yaradılması yolu ilə xidmətlərin bazarda irəlilədilməsi üçün onların sonrakı emal məqsədilə İcraçının kontragentlərinə ötürülməsinə (fərdi məlumatlarının toplanması, sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), istifadəsi, yayılması (o cümlədən transsərhəd ötürülməsi), şəxssizləşdirilməsi, bloklanması, məhv edilməsi də daxil olmaqla) dair razılıq verir və buna icazə verir. Sifarişçi İcraçıya və İcraçının kontragentlərinə məlumat bazalarının avtomatlaşdırılmış idarəetmə sistemlərinin, habelə İcraçının tapşırığı ilə xüsusi olaraq hazırlanmış digər proqram vasitələrinin köməyi ilə Sifarişçinin şəxsi məlumatlarını emal etmələrinə dair razılığını bildirir və buna icazə verir.
10.3. İcraçının buna qabaqcadan yazılı razılığı olmadan Sifarişçi Müqavilə üzrə öz hüquq və öhdəliklərini üçüncü şəxslərə verə bilməz.
10.4. Hazırkı Müqavilədən irəli gələn və ya onunla əlaqədar bütün mübahisələri və fikir ayrılıqlarını Tərəflər danışıqlar yolu ilə həll edir. Danışıqlar yolu ilə həll edilə bilməyən mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Hazırkı müqavilədən irəli gələn bütün mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.

BİZNES KATALOQ

Azərbaycan üzrə - Karqo şirkətləri, Kuryer xidməti, Çatdırılıma xidməti, Yükdaşıma şirkətləri, Mağazaların Biznes Kataloqu

Karqo Şirkətləri Ekspress Catdirilma/Kuryer Şirkətləri Yük Daşıma Şirkətləri

Avtomobil kirayəsi

Azərbaycan üzrə - Avtomobil kirayəsi və Avtobus icarəsi Biznes Kataloqu

Avtomobil kirayəsi ümumi siyahısı Ekonom sinif kirayəsi Orta sinif kirayəsi Biznes sinif kirayəsi 4x4 SUV sinif kirayəsi